İsti havada hansı qidaları qəbul etmək olmaz? -

İsti havada bəzi qidaların qəbul edilməsi insan sağlamlığı üçün fəsadlar törədə bilər.

Metbuat.az isti havada sağlamlıq üçün faydalı və zərərli ola biləcək qidaları təqdim edir.

Hansı qidaları qəbul etmək olar.

1. Qarpızın tərkibindəki likopen maddəsi gün insanı vurmalardan qoruya bilir.

2. Kahı, xiyar, iyli kərəviz və turp kimi tərəvəz növlərinin tərkibinin 95 faizini su təşkil edir. Bu tərəvəzləri yemək 8 stəkan su içmək qədər təsirlidir.

3.Çay tərlətmək xüsusiyyəti bədənin temperatur balansını tənzimləyir. Bu mənada çay, isti havalarda soyuq içkilərdən daha çox sərinlik verir.

Hansı qidaları qəbul etmək olmaz.

1. Yayın ləzzəti kabab çəkməkdir. Amma çox qızmar havalarda ət qəbulu tövsiyyə olunmur. Zülalların həzminə bədən çox enerji sərf edir və bunun nəticəsində əlavə istilik yaranır. Bu proses termogenez adlanır.

2. Dondurma, buzlu-meyvəli qatıq və sorbet. İsti havada adamın iştahı belə şeylər çəkir, amma bunların xeyrindən çox ziyanı ola bilər. Məsələ burasındadır ki, soyuq qidaların həzm edilməsi bədənin ümumi temperaturunu qaldırır.

3. Alkoqollu içkilər insanda susuzluq yaratdığından tövsiyyə olunmur.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR