Şotlandiyalı qonaq: Bakıda yarışların təşkili daha yüksək səviyyədədir

Şotlandiyalı qonaq: Bakıda yarışların təşkili daha yüksək səviyyədədir
18:36 24 İyun 2017
54 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev – Trend:

Bakıya birinci dəfədir gəlirəm. Bura həm turist kimi, həm də Formula 1 yarışına tamaşa etmək üçün gəlmişəm.

Bunu Trend-ə Şotlandiyadan olan qonaq Donald Alan deyib.

O qeyd edib ki, ötən ildən Bakıya gəlməyi planlaşdırıb:

“Mən keçən il Bakıda keçirilən Formula 1 yarışını televiziya vasitəsilə izlədim və gördüm ki, paytaxtınız çox gözəl şəhərdir. Bu dəfə fürsəti əldən vermədim, həm Formula 1 yarışını izləmək, həm də Bakını görmək üçün bura gəldim. Bakı çox gözəl şəhərdir və mənim üçün artıq sevimli bir şəhərdir”.

Şotlandiyalı qonaq qeyd edib ki, Azərbaycan Formula 1 yarışını çox yüksək səviyyədə təşkil edib:

“Bundan əvvəl Sinqapurda Formula 1 yarışını izləmişdim. Bu gün görürəm ki, Bakıda yarışların təşkil olunması daha yüksək səviyyədədir”.

Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan Qran-Prisinə start verilib.

Bu gün üçüncü sərbəst yürüşdən sonra sıralanma turu başlayacaq, yekunda pilotların düzülüşü müəyyənləşəcək. Nəhayət, iyunun 25-də Formula 1 – Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2770470.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR