Daniel Rikkiardo sıralama turunda mübarizəni dayandırdı

Daniel Rikkiardo sıralama turunda mübarizəni dayandırdı
18:42 24 İyun 2017
25 İdman
Ölkə mətbuatı
A- A+

Formula 1 Azərbaycan Qran Prisinin sıralama turunun sonlarına yaxın "Red Bull" pilotu Daniel Rikkiardo mübarizəni dayandırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, D.Rikkiardo altıncı döngənin çıxışında səhvə yol verib və nəticədə avtomobilin arxa qanadı sıradan çıxıb.

Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi - Azərbaycan Qran-Prisinə start verilib.

Bu gün üçüncü sərbəst yürüşdən sonra sıralanma turu başlayıb, yekunda pilotların düzülüşü müəyyənləşib. Nəhayət, iyunun 25-də Formula 1 - Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun - Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/557403.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR