Türkiyədə ƏMƏLİYYAT - 7 PKK üzvü məhv edildi

Türkiyədə ƏMƏLİYYAT - 7 PKK üzvü məhv edildi
18:57 24 İyun 2017
57 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin cənub-şərqində yerləşən Siirt və Həkkari vilayətlərində aparılan antiterror əməliyyatları nəticəsində PKK terror təşkilatının 7 üzvü məhv edilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahının yaydığı məlumatda deyilir.

Terrorçulardan 5-i Siirtin Pervari əyalətində məhv edilib. Onların "M-16" və "Kalaşnikov" markalı avtomatlarla silahlandığı bildirilir. Hadisə yerinə baxış keçirilərkən orada radioqəbuledici və bir neçə partladıcı maddə aşkarlanıb.
 
Digər 2 terrorçu isə artilleriyanın dəqiq qərbəsi nəticəsində Həkkarinin Çuxurca rayonunda məhv edilib.
 
O da qeyd edilib ki, əməliyyat çərçivəsində terrorçularla əlaqədə şübhəli bilinən 16 şəxs saxlanılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/557406.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR