İsrail aviasiyası Suriya qoşunlarına zərbə endirib

İsrail aviasiyası Suriya qoşunlarına zərbə endirib
19:07 24 İyun 2017
63 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 24 iyun. REPORT.AZ/ İsrail aviasiyası Colan Yüksəkliklərinin yəhudi dövlətinin nəzarəti altında olan hissəsinə onlarla mərminin atılmasına cavab olaraq Suriyanın hökumət qoşunlarının iki tankına və artilleriya mövqelərinə hücum edib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin məlumatında bildirilir.
Hərbçilər mərmilərin təsadüfən sözügedən ərazilərə düşdüyünü bildirsələr də, bunu İsrail suverenliyinin pozulması halı kimi qiymətləndiriblər.
İsrail tərəfi itki vermədiyini bildirib.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-srail-aviasiyasi-suriya-qosunlarina-zerbe-endirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR