“The Black Eyed Peas” Bakıda - FOTO

“The Black Eyed Peas” Bakıda - FOTO
19:22 24 İyun 2017
Ölkə mətbuatı
A- A+

Dünyanın məşhur "The Black Eyed Peas" musiqi qrupunun üzvləri iyunun 24-də Formula-1 Azərbaycan Qran-Prisinin "Paddock"unda olublar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki,  qrupun üzvləri burada yaradılan şəraitlə tanış olub və komandaların heyətləri ilə xatirə şəkli çəkdiriblər.

Musiqiçilərə ölkəmiz haqqında ətraflı məlumat verilib.

Sonra qrup üzvləri "Red Bull Racing" komandasının qarajına gəliblər. Qonaqlar komandanın yarışa hazırlığı barədə məlumatlandırılıblar.

Daha sonra musiqiçilər "Mercedes"in pilotu Luis Hamiltonla görüşüblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/557410.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR