"Məni döyürdü, uşağımı itirəcəkdim" - Tatlısəslə bağlı 38 il sonra gələn etiraf - FOTO

"Məni döyürdü, uşağımı itirəcəkdim" - Tatlısəslə bağlı 38 il sonra gələn etiraf - FOTO
19:42 24 İyun 2017
282 Şou
Ölkə mətbuatı
A- A+

"Yeşilçam"ın tanınmış aktrisalaırndan olan Perihan Savaş 38 il sonra ilk dəfə keçmiş əri İbrahim Tatlısəslə bağlı etiraflar edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa Tatlısəsin onun üçün artıq heç nə ifadə etmədiyini deyib:
 
"Mən kiminsə ətəyindən tutub şöhrətə yüksəlmədim. Mən Perihan Savaş idim. İbrahimin mənə xəyanətini öyrənəndə qızımız Mələk Zübeydeyə hamilə idim. Az qalsın, onu itirəcəkdim. Stresdən 15 gün xəstəxanada yatdım. Qızım bətnimdə 4 aylıq idi".

P.Savaş İ.Tatlısesi onu daim döydüyü üçün heç vaxt bağışlamayacağını deyib:
 
"Həmişə məni döyürdü. Təkcə mənə qarşı yox, hamıya qarşı belə idi. Onu Allah bağışlasın. Artıq mənim üçün heç kimdən fərqi yoxdur. Həyatımda əsl kişi ikinci ərim Yılmaz Zəfər olub. Mən ondan ərliyi, qardaşlığı, atalığı gördüm. O xəstə olanda ona baxmaq üçün eyni vaxtda 4 işdə işləmişəm. Kaş daha çox yaşayaydı. Başımın üstündə yeri var idi, baş tacım olub. Ona yenə qulluq edərdim".

Qeyd edək ki, Perihan Savaş İbrahim Tatlısəslə 6 il ailəli olub. Bu nikahdan onların Mələk Zübeyde adlı bir qızı var. Daha sonra isə aktrisa 22 il əvvəl itirdiyi həyat yoldaşı Yılmaz Zaferlə ailə qurub. Bu nikahdan isə onun bir oğlu dünyaya gəlib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/seriallar/557418.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR