Xeyir işi etmək istədikdə, niyə tələsməliyik?

Xeyir işi etmək istədikdə, niyə tələsməliyik?
20:12 24 İyun 2017
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Əmirəl-möminin (ə) buyurur: "Allah sizə rəhmət etsin! Tələsin o evlərinizi abad etməyə ki, onu abad etmək üçün sizə əmr olunmuşdur və təşviq olunmuşdur və ona tərəf dəvətolunmuşdur".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, həm Quran ayələri və həm də hədislərimiz xeyir və saleh işlər yerinə yetirmək üçün tələsməyi tövsiyə edirlər. "Onlar Allaha və axirət gününə iman gətirir, bəyənilən işə əmr edir, nalayiq işdən çəkindirir və xeyir işlərə tələsirlər. Onlar - ləyaqətlilərdəndirlər". ("Ali-İmran" 114).
"Çünki onlar (Zəkəriyyanın ailəsi və ya bütün keçmiş peyğəmbərlər) həmişə xeyir işlərə tələsir, həmişə ümid və qorxu ilə Bizə dua edərək, istək diləyir və həmişə Bizim qarşımızda itaətkar və qorxan idilər". ("Ənbiya" 90).
Bəs xeyir işdə tələsməyimizin səbəbləri nədir?
1. Hər kim xeyir işdə tələsməzsə, şeytan (lən) onu təxirə salmaq üçün əlindən gələni edər. İmam Sadiq (ə) buyurur: "Nə zaman sizlərdən kimsə xeyir iş görmək istəsə və ya kiməsə xeyir vermək istəsə, iki şeytan sizin sağ və sol tərəfinizdə qərar tutar, o zamana qədər ki, sizi bu işdən çəkindirər. Ona görə tələsin o zamana qədər ki, çəkinməmisiniz".
2. Bəzən insan üçün elə fürsətlər meydana gəlir ki, xeyir iş görə bilər. Əgər həmin anda etməsə, həmin fürsəti əldən verər. İmam Sadiq (ə) buyurur: "Atam buyurmuşdur ki, əgər xeyir iş görmək istəyirsənsə, gərək tələsəsən. Çünki sizin qarşıdan gələnlərdən xəbəriniz yoxdur".
3. Bəzən Allah müəyyən zaman üçün xeyir iş görməyə inayət edir və insan əgər həmin zamanı əldən verərsə, artıq o inayəti itirmiş olur. İmam Sadiq (ə) buyurur: "O zaman ki, xeyir iş görmək üçün qəsd etdin, onu təxirə salma. Çünki ola bilsin ki, Allah bəndənin xeyir işindən xəbərdar olsun və buyursun: "İzzət və Cəlalıma and olsun ki, sənə bu xeyir işdən sonra əzab verməyəcəyəm"".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/557212.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR