İnsan namaz qılıb bitirəndən sonra...

İnsan namaz qılıb bitirəndən sonra...
20:17 24 İyun 2017
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Namaz qılan şəxsin libası üçün qoyulmuş şərtlərdən ən mühümü libasın nəcasətdən pak olmasıdır. Qəsdən və ya səhlənkarlıq üzündən murdar libasla namaz qılmaq olmaz və bu namaz batildir. Amma əgər namazdan əvvəl libasının pak olduğuna yəqinliyi varsa, namazdan sonra bilsə ki, libası murdar imiş, - bu halda qıldığı namaz pak hökmündədir, amma növbəti namaz üçün libasını pak etməlidir.

Milli.Az islam.az-a istinadən bildirir ki, paklıq hökmü geyimə aiddir. Geyim sayılmayan, amma geyilən əşyaların nəcasətə bulaşması namaza mane olmaz. Məsələn, insanın başındakı araqçın, cibindəki dəsmal, ayağındakı corab nəcasətə bulaşıbsa, bu halda namaz düzgündür. Eləcə də, əgər libasda üst-üstə bir dirhəm həcmində (yəni şəhadət barmağının axır bəndi, yəni üçüncü falanqası boyda) yara qanı varsa, o libasla namaz qılmağın eybi yoxdur. Amma bir dirhəm həcmindəki bu qan mütləq yaradan çıxmış qan olmalıdır, heyz, istihazə kimi qanlar olmamalıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/557202.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR