"Mercedes" aşdı, yaralı var

"Mercedes" aşdı, yaralı var
20:49 24 İyun 2017
40 Digər
Ölkə mətbuatı
A- A+

Siyəzən rayonunda yol nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba yolunun 106-cı km-də baş verib. "Mercedes" markalı maşın maneəyə çırpıldıqdan sonra başqa bir maşına dəyərək aşıb. Qəza nəticəsində maşının sürücüsü xəsarət alıb. Bakı şəhər sakini 1997-ci il təvəllüdlü Mustafayev Ayxan Mehman oğlu Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Ona qapalı kəllə-beyin travması qoyulub.

 

Fakt araşdırılır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277780

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR