1967-ci il müharibəsi: Yaxın Şərqi dəyişmiş altı gün - FOTO

1967-ci il müharibəsi: Yaxın Şərqi dəyişmiş altı gün - FOTO
20:52 24 İyun 2017
67 Ölkə
Ölkə mətbuatı
A- A+

50 il bundan əvvəl, iyun ayında İsrail və onun qonşuları arasında müharibə olub. Bu toqquşma cəmi 6 gün çəkib, amma nəticələri bu günə qədər yerindədir.

1948-ci ildə İsrailin ərəb qonşuları bu ölkəyə müdaxilə etmiş və yeni dövləti məhv etməyə cəhd göstərmişdilər. Misir ordusu əzilmişdi, lakin Fəluca dalanına sığınmış qüvvə təslim olmaq istəmirdi.

Milli.Az BBC-yə istinadən bildirir ki, gənc Misir və İsrail zabitləri yaranmış vəziyyətdən çıxmaq istəyirdilər. Onların arasında 26 yaşlı hərbi istedad Yitzak Rabin də vardı. O cənub cəbhəsində əməliyyatların başçısı idi. Burada misirli mayor Cəmal Əbdül Nasir də vardı. Onun 30 yaşı yenicə tamam olmuşdu.

Nasistlər 6 milyon yəhudini qırdıqdan bir neçə il sonra bu xalqın İncildə adı çəkilən torpaqlarda dövlət yaratmaq arzusu gerçəkləşmişdi.

Fələstinlilər isə, əksinə 1948-ci ili "əl-Nəqba" - "Fəlakət" adlandırırdılar. 750 min fələstinli bu torpaqlardan qovulmuş və onların geri qayıtmasına heç vaxt imkan verilməmişdi.

Ərəblər üçün təzəcə yumurtadan çıxmış İsrail dövləti qarşısında məğlub olmaq seysmik siyasi məqam idi və illərlə davam edən qiyamlara səbəb olmuşdu.

Nasser following his announcement that he had

Özlərinə qarşı xəyanət edildiyini düşünən hərbçilər hakimiyyəti ələ aldılar. Suriyada davamlı hərbi çevrilişlər olurdu. Müharibədən dörd il sonra Nasir başda olmaqla bir qrup gənc hərbçi Misirdə kralı devirdi.

1956-cı ildə Nasir artıq Misirin prezidenti idi. Elə həmin il Nasir Britaniya, Fransa və İsraili Süveyş böhranında dəf edərək Ərəb dünyasının qəhrəmanına çevrilmişdi.

İsraildə isə Rabin özünün hərbi karyerasını davam etdirirdi. 1967-ci ilədək o artıq qərargah rəisi olmuşdu. Bu, ən böyük hərbi vəzifə idi.

Lakin ərəblər məğlubiyyətin acısından xilas ola bilmirdilər. İsraillilər isə unutmurdular ki, qonşuları onları məhv etməyə qalxmışdı. Hər iki tərəf başa düşürdü ki, gec ya tez, başqa bir müharibə olacaq.

Pis qonşular

İsrail və ərəblərin bir-birlərinə nifrət etməsi və inanmaması üçün qarşılıqlı əsaslar çox idi. Lakin 1950 və 1960-cı illərin Soyuq Müharibəsi bu qarşılıqlı düşmənçilik odunun üstünə


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/557431.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR