Bakıda dayanacaqların şüşələrini kim sındırır? - VİDEO

Bakıda dayanacaqların şüşələrini kim sındırır? - VİDEO
21:05 24 İyun 2017
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Dövlət vəsaiti hesabına paytaxtda çoxlu sayda avtobus dayanacaqları inşa edilib. Bunda əsas məqsəd insanların rahatlığını təmin etmək və onlara keyfiyyətli sərnişindaşıma xidməti göstərməkdir. Ancaq bəzi şəxslər tərəfindən həmin dayanacaqların şüşələri qırılaraq yararsız hala salınıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, şüşələri qırıldığına görə yağışlı və ya küləkli havalarda insanların dayanacağın içində və ya çölündə dayanması bir o qədər də fərq etməyəcək.
Görüntülər paytaxtda dövlət vəsaiti hesabına tikilən, ancaq bəzi şəxslər tərəfindən yararsız hala salınan dayanacaqlardandır.
Dayanacaqların bu hala salınmasına vətəndaşlar da etiraz edirlər. Onlar belə şəxslərin ictimaiyyətə hörmət etməyi bacarmayan, dardüşüncəli şəxslər olduğunu deyirlər.
Məsələ ilə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mayis Ağayev bildirdi ki, hazırda dayanacaqların Bakı Şəhər İcra Hakimiyyətindən agentliyə təhvil verilməsi prosesi başa çatmayıb. Ona görə qurum dayanacaqları yararsız hala salanlara qarşı tədbir görmək səlahiyyətində deyil. Ancaq agentlik belə halların qarşısını almaq üçün hazırda bir sıra maarifləndirmə tədbirləri həyata keçirir.
Amma maraqlıdır, doğrudanmı dayanacaqların şüşələrinin sındırılmamalı olduğunu başa düşmək bu qədər çətindir və bunun üçün ayrıca maarifləndirmə işləri aparmaq lazımdır? Görünən isə odur ki, hər kəsin qınadığı bu hərəkəti edən kifayət qədər insan var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/557435.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR