Bayramla əlaqədar avtovağzalda sıxlıq yaşanır - VİDEO

Bayramla əlaqədar avtovağzalda sıxlıq yaşanır - VİDEO
21:12 24 İyun 2017
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Ramazan Bayramını fürsət bilib rayonlara getmək istəyənlər Bakı Beynəlxalq Avtovağzalında sıxlığa səbəb olublar. Bəzi sərnişinlər avtobusa minmək üçün saatlarla gözləməli olublar. Avtovağzal rəhbərliyi isə reyslərə əlavə avtobusların buraxıldığını və problemin qısa zamanda həll ediləcəyini bildirib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Ramazan bayramı tətilini rayonda keçirmək istəyənlər Bakı beynəlxalq avtovağzalına axın ediblər. Bu isə sıxlığa səbəb olub.
Avtobuslar tez dolduğundan bəzi sərnişinlər uzun müddət avtovağzalda gözləməli olublar.
Bakı Beynəlxalq avtovağzalının sözçüsü Yaşar İsakovun verdiyi məlumata görə, təkcə dünən gün ərzində 500 avtobus vasitəsilə 13 mindən çox sərnişin bölgələrə yola salınıb. Avtovağzalın əməkdaşları isə tam heyətlə iş başındadırlar.
Yaşar İsakov deyir ki, hər bir sərnişin onlayn qaydada və ya avtovağzalın kassalarından bilet alsaydı və öz vaxtı çatdıqda avtovağzala gəlsəydi, bu sıxlıq yaşanmazdı. O, həmçinin hər hansı neqativ halla qarşılaşan sərnişinlərə avtovağzalın əməkdaşlarına müraciət etmələrini tövsiyə edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/557439.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR