Prezident Məmnun Hüseynə başsağlığı verdi

Prezident Məmnun Hüseynə başsağlığı verdi
21:44 24 İyun 2017
47 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan prezidenti İlham Əliyev Pakistanda törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı bu ölkənin rezidenti Məmnun Hüseynə başsağlığı verib.

 

Lent.az-ın prezidentin saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:

 

“Ölkənizdə törədilmiş partlayışlar nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi.

 

Biz dinc insanlara qarşı yönəlmiş bu amansız terror əməllərindən hədsiz dərəcədə hiddətlənir, dəhşətli bir bəlaya çevrilmiş terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə və ardıcıl mübarizə aparılmasını vacib hesab edirik.

 

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

 

Allah rəhmət eləsin!”

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277781

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR