Siyəzəndə maşın maneəyə çırpılıb, yaralı var

Siyəzəndə maşın maneəyə çırpılıb, yaralı var
21:52 24 İyun 2017
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Siyəzən rayonunda yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunun 106-cı km-də baş verib. "Mercedes" markalı maşın maneəyə çırpıldıqdan sonra başqa bir maşına dəyərək aşıb. Qəza nəticəsində maşının sürücüsü xəsarət alıb. Bakı şəhər sakini 1997-ci il təvəllüdlü Mustafayev Ayxan Mehman oğlu Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Ona qapalı kəllə-beyin travması qoyulub.
Fakt araşdırılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/557443.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR