PayPal-a ani pul köçürmələri funksiyası gəlib

PayPal-a ani pul köçürmələri funksiyası gəlib
21:57 24 İyun 2017
Ölkə mətbuatı
A- A+

"PayPal"ın əməliyyatlar üzrə baş mütəxəssisi Bill Ready, sözügedən servisdə yeni funksiyanın beta testini elan edib.

Söhbət, servisin digər istifadəçilərinə ani pul köçürmələrindən gedir. Hələki bu yeni funksiya yalnız ABŞ istifadəçiləri üçün aktivdir. Ani P2P köçürmələr bazarı getdikcə rəqabətli olmağa başlayıb. 2013-cü ildə Venmo adlı startapın alışından sonra "PayPal" bu bazarda lider şirkət olmağa hazırlaşırdı.

Milli.Az technote.az-a istinadən bildirir ki, "Apple" şirkətinin öz iMessage-i vasitəsilə ani pul köçürmələri özəlliyini nəzərə alsaq, "PayPal" hal hazırda bu bazarda digər şirkətlərə çatmalıdır. Hal hazırda öz yaxınlarına və ya dostlarına pul vəsaitləri göndərmək istəyən PayPal istifadəçiləri, bank hesabına vəsaitin göndərilməsi adlı pulsuz funksiyadan istifadə edirlər. Lakin bu funksiyanın həyata keçirilməsi üçün standart olaraq 1 gün lazımdır. Ani pul köçürmələri isə bu müddəti 2-3 dəqiqəyə kimi endirir. Lakin bununla yanaşı bu funksiyadan istifadə üçün 0.25$ komissiya ödəmək lazım gələcək. Hal hazırda bu funksiya beta test mərhələsində yalnız bəzi ABŞ istifadəçiləri üçün aktivdir. Yaxın bir neçə həftə və ya ay ərzində yeni funksiya bütün ABŞ istifadəçiləri üçün aktiv olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/557238.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR