Pakistanda partlayışlarda həlak olanların sayı 85 nəfərə çatıb

Pakistanda partlayışlarda həlak olanların sayı 85 nəfərə çatıb
21:57 24 İyun 2017
45 Dünya
Ölkə mətbuatı
A- A+

Pakistanın Paraçinar şəhərindəki bazarda ötən gün baş vermiş partlayışlarda həlak olanların sayı 85 nəfərə çatıb. Yaralıların sayı 300-dən çoxdur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həmin gün Bəlucistan əyalətinin Kvetta şəhərində polis ofisinin yaxınlığında baş verən partlayışda isə ölənlərin sayı 14 nəfərə çatıb.

Bu gün isə Kəraçi şəhərində terrorçular polis məntəqəsinə hücum edib və nəticədə dörd polis həlak olub.

Partlayışlara görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/557445.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR