Böyük sirləri özləri ilə o dünyaya aparan məşhurlar

Böyük sirləri özləri ilə o dünyaya aparan məşhurlar
22:42 24 İyun 2017
91 Dünya
Ölkə mətbuatı
A- A+

Hər bir insanın özünəməxsus sirləri var və onlar heç vaxt bunu ətrafındakılara demir, onu özləri ilə o dünyaya aparmağa üstünlük verirlər. Lakin elə insanlar da var ki, onların bildikləri və gizli saxaldıqları sirlər bəşəriyyətin taleyində önəmli rol oynaya bilərdi. Bu baxımdan onların həmin sirləri özləri ilə o dünyaya aparmaları bəşəriyyəti ən azı yüz illər elmi-texniki, tarixi inkişafdan geri salıb.

Arne Byerlinq: T52 kodunun sirri

Milli.Az yeniavaz.az-a istinadən bildirir ki, İkinci dünya müharibəsi zamanı almanlar gizli məlumatların ötürülməsi üçün Eniqma adlı şifrə maşınlarından və onun təkmilləşdirilən digər modellərindən olduqca uğurla istifadə edirdilər. Amma İsveçdə şifrə maşınlarının sirlərini əldə etməyə imkan verən maşın hazırlanmışdı. T52 və ya sadəcə olaraq "Geheimschreiber" (gizli mirzə) adı verilən maşın Eniqmadan böyük və olduqca mürəkkəb texniki quruluşa malik idi. Onun kodunu bilmək və yadda saxlamaq heç də asan deyildi. Həmin dövrdə T52-nin sirrini və kodunu, işləmə mexanizmini bilən yalnız Arne Byerlinq adlı şifrəliyici idi. 1940-cı ildə İsveç Qərbdən Hitler Almaniyasının, Şərqdən isə Rusiyanın hücumu təhlükəsi qarşısında qalmışdı. 1939-cu ildə Rusiya Finlandiya ilə müharibə aparırdı və hər an sovet qoşunlarının İsveçə hücum edəcəyi gözlənilirdi. Belə bir vəziyyətdə İsveç kəşfiyyatı baş verən hadisələrdən xəbər tutmaq və ölkəni gözləyən təhlükəyə qarşı hazırlamaq üçün bütün cəhdlərini işə salmışdı. İlk vaxtlar T52-nin yardımı ilə bütün gizli məlumatların şifrəsini açmaq mümkün olmurdu. Ancaq riyaziyyat üzrə tanınmış alim Arne Byerlinq qısa müddətdə bütün gizli məlumatların şifrəsini açmağı öyrəndi. Nəticədə almanların bütün sirləri Arne Byerlinqin səyləri nəticəsində açılırdı və İsveç hökuməti dərhal bundan xəbər tuturdu.

Məsələn, İsveç hökuməti təxminən 1 ay əvvəl T52-nin vasitəsi ilə Almaniyanın Rusiyaya hücum edəcəyi vaxtı, günü, saatı öyrənə bilmişdi. O vaxt bunun sirrini açmağı Byerlinqdən xahiş edəndə o belə cavab vermişdi : "Fokus göstərən sirk ustaları heç vaxt bunun sirlərini açmırlar".

Byerlinq həqiqətən də ən gizli şifrələrin sirrini açmağın mahir ustası idi. Onun buna necə nail olduğunu heç kim bilmirdi. Yəni Byerlinq üçün sirr adlı məvhum yox idi. O soyuq müharibə illərində T52-ni vasitəsi ilə ABŞ-ın, SSRİ-nin, Fransanın, Böyük Britaniyanın və digər ölkələrin ən mürəkkəb şifrəli yazışmalarının üstünü açmış, onlara açar əldə etmişdi. 1986-cı ildə Byerlinq vəfat etdi. Ancaq ömrünün son günlərində, yəni öləcəyinə artıq özü şübhə etmədəyi halda belə gizli şifrələri neçə aça bildiyini söyləmədi. Ondan sonra bir nəfər belə T52-ninin kodunu tapa, onun hansı mexanizm əsasında işlədiyini müəyyən edə bilmədi.

Moris Uord və əbədi plastika düsturu

Ötən əsrin 80-ci illərinin ortalarında məşhur ingilis ixtiraçı Moris Uord amerikalıların Xirosimaya atdıqları atom bombasının gücündən 75 dəfə çox olan və 10 min dərəcə temperatura

davamlı olan istiyə davamlı termoplastika ixtira etdi. İxtiraçı bu materialı "Starlite" adlandırdı. O öz ixtirasını yalnız bundan sözün əsl mənasında istifadə etməyi düşünən kompaniyalara satacağını bəyan etdi. Bu ixtira ilə dərhal ABŞ Kosmik Agentliyi- NASA maraqlandı. Çünki olduqca yüngül və istiyə davamlı olan bu materialdan istifadə kosmik uçuşlar və kosmik texnologiyalar sahəsində sahəsində böyük elmi sıçrayışa səbəb ola bilərdi. Moris Uordun ixtirası ilə həmin dövrdə onlarla məşhur kompaniya maraqlanırdı. Lakin heç bir kompaniya ixtiraçının əməyinə yüksək qiymət vermək istəmir və onun sahibinin gec-tez yeni termoplastik materialın sirrini açacağını gözləyirdi. Kompaniyaların əməyini və yeni materialın əhəmiyyətini yüksək dərəcədə qiymətləndirmədiyini və onun bu sirri açmağa məcbur olacağını gözlədiyini anlayan Moris Uord ixtirasını daha satmayacağını bəyan etdi. Amma heç kimi buna inanmırdı. 2011-ci ildə Uord dünyasını dəyişdi. Ölüm ayağında ondan ixtirasının sirrini açmağı xahiş etdilər. O isə bunun mümkün olmayacağını deyərək onların xahişini rədd etdi. Bununla da kosmik texnologiyalar sahəsində elmi texniki inqilaba gətirib çıxaracaq ixtirasının sirrini o özü ilə o dünyaya apardı.

Nikola Tesla və məftilsiz elektrik

Məşhur fizik Nikola Teslanın adı fizikadan uzaq olan adamlara belə məlumdur. O elmi sahədə böyük kəşflərə imza atmışdı. Tesla dünyanı məftilsiz elektriklə təchiz etmək barədə məşhur bir layihə hazırlamışdı. O bu məqsədlə Vordenklif (Tesla ) adlı yüksək bir qüllə inşa etməyi planlaşdırmışdı. Tesla yerin ionesferindün istifadə etməklə elektrik cərəyanını dünyanın ən uzaq nöqtəsinə belə nəql etmək niyyətində idi. 1905-ci ildə Tesla öz layihəsini reallaşdırmaq üçün işə başladı. Lakin həmin dövrdə ABŞ-da başlayan iqtisadi böhran layihənin reallaşmasına ayrılan maliyyə vəsaitinin ixtisar edilməsinə səbəb oldu. Nəticədə layihə üzərində işlər yarımçıq saxlanıldı. Bunun ardınca başlayan I Dünya müharibəsi və ondan sonrakı ağır iqtisadi vəziyyət yenə də Teslaya bu nəhəng ideyasını həyata keçirməyə iman vermədi. 1943-cü ildə Tesla vəfat edərək bu sirri özü ilə o dünyaya apardı. O özündən sonra layihə ilə bağlı hər hansı iz qoymadı. İş orasındadır ki, Tesla indiki dillə desək kompyuter yaddaşına malik idi və o layihənin bütün detallarını yaddaşında saxlamışdı. Beləliklə dünya elmi elmi elektrik enerjisinin məftillər olmadan dünyanın ən ucqar nöqtəsinə çatdıra biləcək və trilyonlarla dollar gəlir gətirəcək fantastik bir kəşfdən məhrum oldu. Bu kəşf reallaşsaydı, onda o digər nəhəng kəşflərə də yol açaraq bəşəriyyəti yeni elmi texniki inkişaf mərhələsinə daşyacaqdı...

İoqan Besler və əbədi mühərrik

1712-ci ildə alman ixtiraçı İoqan Besler əbədi mühərrik ixtira etdiyini bəyan etdi. 5 il ərzində o öz ixtirasını təkmilləşdirərək onu əyani şəkildə tədqiqatçıların gözləri qarşısında nümayiş etdirməyə başladı. Yeni ixtira diametri 2 metr olan təkər formasında idi və yükü hündürlüyə qaldıra bilirdi. 54 gün ərzində təkər heç bir yanacaq tələb etmədən işlədi və məşhur fizikləri heyrətə saldı. Amma onların heç biri yanacaq olmadan bu ixtiranın neçə işləməsi sirrini anlaya bilmirdi. Həmin dövrdə Bessler 20 min funt sterlinq veriləcəyi halda bu sirri açacağını bəyan etdi. Amma əbədi mühərriklə maraqlananlar pulu verməzdən əvvəl ixtiraçıdan onun işləmə mexanizminin sirrini açmasını istəyirdilər. Besler isə yalnz pul alandan sonra bu sirri aça biləcəyini bəyan etdi. Nəticədə əbədi mühərriki almaq istəyənlərlə Besler ortaq məxrəcə gələ bilmədi. Halbuki əbədi mühərriki almaq istəyənlər dönə-dönə onun sınaqdan çıxarılmasını istəyərək cihazın işlədiyinə əmin olmuşdular. Pul almadan ixtirasını satmaq istəməyn İoqan Besler əbədi mühərriyin də sirrini özü ilə qəbirə apardı.

Edvard Lidskalnin və onun iri qaya parçalarını hərəkətə gətirməsi

ABŞ-da yaşayan latviyalı immiqrant Edvard Lidskalnin Florida ştatında özünə "Qırmızı qəsr" adı verilən bir malikanə tikmişdi. 1,60 boyu və 50kq çəkisi olan Lidskalnin təkbaşına 30 tonluq daş qaya parçasını yerindən tərpədərək hərəkətə gətirə bilirdi. Onun bunu necə etdiyini heç kim anlaya bilmirdi. O özü də bu barədə danışmağı sevmirdi. Həmin dövrdə latviyalı immiqrantın iri qaya parçasını hərəkətə gətirmək üçün kiçik qara qutudan-sabit əbədi mühərrikdən istifadə etdiyi məlum idi. Lidskalnin vəfatından sonra bu qəsr turistlərin sevimli yerinə çevrildi. 1986-cı ildə qəsrdəki 5 yaşlı uşağın belə hərkətə gətirə bildiyi 9 ton ağırlığı olan karusel qapısı sıradan çıxdı. Mühəndislər heç cür onu təmir edə bilmədilər. Nəticədə qaldırıcı kran çağırmalı və onu yenisi ilə əvəz etməli oldular. Halbuki bu ağır karusel qapısını Lidskalnin öz ixtirası ilə heç bir əlavə texnika tətbiq etmədən hərəkətə gətirə, onu yerindən asanlıqla çıxararaq yenidən əvvəlki vəziyyətinə qaytara bilirdi. Lidskalnin ixtirasını Misir piramidalarının işləmə mexanizmi əsasında hazırladığını bəyan etmişdi. Lakin onun ixtirası ilə nə üçünsə ABŞ-da maraqlanan olmadı. Nəticədə Lidskalnin də bu sirri özü ilə o dünyaya apardı...

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/557224.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR