Bu günə qədər oxuduğunuz “40 yaşı var, amma 20 yaşındakı kimi görünür” tipli xəbərlərin hamısını bir anlıq unudun. Çünki bir azdan bunun tam əksi olan bir hekayə ilə tanış olacaqsınız.
Qəhrəmanımızın 26 yaşı var amma hardasa yaşından 20 yaş böyük görünür. Bəlkə də daha çox.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, nadir xəstəlikdən əziyyət çəkən Sara Geurts ABŞ-ın Minnesota şəhərində yaşayır. 26 yaşı olsa da, demək olar ki, hər yeri qırışıb və sallanır.
Gənc qadının belə görünməsinə səbəb isə “Ehlers Danlos” sindromu adlanan və dərinin erkən yaşda qırışmasına səbəb olan xəstəlikdir.
Ancaq buna rəğmən o, da bir çox qəribə görünüşlü modelləri nümunə götürərək özünü moda sahəsində sınayıb, karyera qurmaq istəyir.
Bildirək ki, “Ehlers Danlos” sindromu genetik xəstəlikdir. Ana, ya da atadan keçir. Bu sindroma yaxalanan insanlarda dəri yumşaq, islaq və süngər kimi qat-qat görünüşdə olur. Dəri çox elastik olduğundan asanlıqla dartıla bilir.