Minskdə tank paradın məşqləri zamanı dirəyə çırpılıb

Minskdə tank paradın məşqləri zamanı dirəyə çırpılıb
23:12 24 İyun 2017
56 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 24 iyun. REPORT.AZ/ Minskdə Belarusun Müstəqillik Günü münasibəti ilə keçiriləcək paradın məşqləri zamanı "Т-72" tipli tank ağac və dirəyə çırpılaraq onları yerindən qoparıb.
"Report" xəbər verir ki, bu barədə "onliner.by" xəbər portalı məlumat yayıb.
Zirehli texnikanın iştirakı ilə qəza iyunun 24-də Müstəqillik prospektində baş verib. Şahidlərin sözlərinə görə, geridə qalan tank zirehli maşın karvanına çatmaq istəyib, amma sürət yığdıqdan sonra uğursuz manevr edib.
Tezliklə dirək yolun hərəkət hissəsindən götürülüb. Qəza nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/minskde-tank-paradin-mesqleri-zamani-direye-cirpilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR