Qəlbin nurani olması üçün nə edək?

Qəlbin nurani olması üçün nə edək?
23:12 24 İyun 2017
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Qəlb də bədən kimi yorulur və süstləşir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, ona görə də onu yeni hikmət, dini maarif və həqiqətlər ilə canlandırmaq lazımdır ki, yorğunluğunu aradan aparsın.

Qəlbin nurani olması üçün nə edək?
1. Quran oxuyaq. Həzrət Peyğəmbər (s) buyurur: "İnsan qəlbi dəmir kimi pas bağlayar və onun pasını aparmağın vasitəsi - Qurandır".
2. Dini maarifə yiyələnmək. İmam Əli (ə) buyurur: "Qəlblər də bədənlər kimi yorğun olur. Ona görə də təzə bilik, hikmət kəsb etmək, yeni həqiqət və maarif əldə etməklə onun yorğunluğunu aradan aparın".
3. İmanı möhkəmləndirmək. İmam Əli (ə) buyurur: "İman vasitəsilə qəlbdə nurani nöqtə yaranar və hər nə qədər iman çoxalarsa? o nurani nöqtə daha aydın və daha çox olar".
4. Davamlı olaraq Allahı zikr etmək. İmam Əli (ə) buyurur: "Allah zikrini davamlı edin ki, qəlbi nurani edər".
5. Təfəkkür etmək. İmam Həsən Müctəba (ə) buyurur: "Fikirləşin və düşünün ki, bəsirət əhlinin qəlbinin həyatına səbəb olar və hikmət qapılarının açarıdır". (Beytutə saytı)
6. Təqva. İmam Əli (ə) buyurur: "Təvqa - qəlb xəstəliklərinin dərmanı, qəlbin aydınlığı, bədən dərdlərinin dərmanı, ruhun çirkinliklərini pak edən, göz qaranlığına aydınlıq verən və aramsızlıqlara əmin-amanlıq verəndir".
7. İlahi xofdan ağlamaq. İmam Baqir (ə) buyurur: "Kamil ayıqlığı (Allahdan) sadiq qorxmaqla əldə et".
8. Təqva əhli ilə oturub-durmaq.
 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/557215.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR