Dünya ulduzları Bakı Bulvarında oxudular - FOTO

Dünya ulduzları Bakı Bulvarında oxudular - FOTO
23:12 24 İyun 2017
69 Ölkə
Ölkə mətbuatı
A- A+

İyunun 24-də Azərbaycan Qran-Prisinin ikinci gününün həyəcanlı və maraqlı anlarından sonra azarkeşlər axşam saatlarında yenidən Formula-1 Şəhərciyinə toplaşıblar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Formula-1 Azərbaycan Qran-Prisinin sıralanma turundan sonra məşhur müğənni Nikol Şerzinger Bakıda səhnəyə çıxıb. Öz gözəl səsi və ifaları ilə Formula-1 Şəhərciyinə toplaşanlara maraqlı anlar yaşadan müğənni öz hit mahnılarını səsləndirərək Bakı tamaşaçısına unudulmaz anlar yaşadıb.

N.Şerzinger "Pussycat Dolls" qrupunun solisti olan zaman bu kollektivin "Grammy" musiqi mükafatına namizədliyi irəli sürülmüşdü. Bu dövr ərzində Nikol 16 milyonu solo olmaqla, ümumilikdə 37 milyon sinql satışı ilə dünyada rekorduna sahib olub.

Nikol Şerzingerdən sonra səhnəyə mahnıları ən çox satılan, məşhur və ən yenilikçi qruplardan olan "The Black Eyed Peas" çıxıb.

Həyəcanverici və dinamik konsert proqramı ilə musiqili gecəyə yekun vurulub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/557456.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR