Rusiya - 3-cü “bədbəxt”

Rusiya - 3-cü “bədbəxt”
23:27 24 İyun 2017
74 İdman
Ölkə mətbuatı
A- A+

Konfederasiyalar Kuboku - 2017-də A qrupunda mübarizə başa çatıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Portuqaliya və Meksika müvafiq olaraq 1 və 2-ci yerləri tutaraq yarımfinala yüksəliblər.
 
Meydan sahibi Rusiya isə gözlənilənin əksinə olaraq qrupda qalıb. Şimal qonşularımızın gücü sadəcə Yeni Zelandiyaya çatıb - 2:0. Çerçesovun komandası Portuqaliya və Meksikadan isə zəif olub.
 
Maraqlıdır ki, Rusiya öz meydanında keçirilən KK-da qrupda qalan 3-cü komandadır. İlk dəfə 1997-ci ildə Səudiyyə Ərəbistanı doğma meydanda keçirilən yarışın sonrakı mərhələsini kənardan azarkeş kimi izləməli olmuşdu.
 
2001-ci ildə Cənubi Koreya da qruplarda dayanmağa məcbur olmuşdu.
 
Qeyd edək ki, B qrupundan yarımfinala kimlərin çıxacağı sabah bəlli olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/557460.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR