0 avroluq əskinaslar çap edildi

0 avroluq əskinaslar çap edildi
23:37 24 İyun 2017
Ölkə mətbuatı
A- A+

Avropa Mərkəzi Bankının rəsmi icazəsi ilə Almaniya 0 avroluq əskinaslar çap edib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki,bu barədə məlumatı Neue Osnabrücker Zeitung nəşri yayıb.

Mənbəyə görə, əskinasdan hər hansı alqı-satqı əməliyyatının aparılmasında istifadə etmək mümkün deyil. O, suvenir kimi məhdud sayda çap edilib. Buna baxmayaraq, əskinasların üzərində digər avro əskinaslarında mövcud olan bütün müdafiə elementləri öz əksini tapıb. 0 avroluq əskinasların kağızı da həmişəki avro kağızıdır.

Bildirildiyinə görə, cəmi 5000 ədəd bu cür əskinas çap olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/557464.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR