Londonda azı 79 nəfərin ölümünə səbəb olan yanğından sonra bir neçə binada yoxlamalar aparılıb.
Metbuat.az-ın məlumatına görə, sakinlərin tələbi əsasında həyata keçirilən yoxlamaların məqsədi binalara çəkilən üzlüklərin araşdırılmasıdır. Bildirilir ki, çoxmərtəbəli 5 binaya tezalışan üzlüyün çəkildiyi üzə çıxıb.
Oxşar faciənin baş verməməsi üçün həmin tikililərin bütün sakinləri təxliyyə edilib. Yüzlərlə insan otellərə və müvəqqəti sığınacaqlara yerləşdirilib.
Qeyd edək ki, iki həftə əvvəl “Qriinfil Tauvər”də baş verən yanğının sürətlə yayılmasına binaya çəkilən tezalışan üzlük səbəb olub.
Sübhan / METBUAT.az