Çindən tələfat xəbəri gəldi -

Çinin Sıçuan əyalətində baş verən torpaq sürüşməsi nəticəsində azı 5 nəfər həyatını itirib.

Metbuat.az "Röyters" agentliyinə istinadən xəbər verir ki, xilasedicilər bir neçə nəfəri xilas edib. Dağıntılar altında hələ 130-dan çox insanın qaldığı güman edilir.

50-yə qədər mənzil tamamilə sıradan çıxıb. Axtarış işlərinə xeyli sayda texnika, 500-dən çox xilasedici cəlb edilib. Təbii fəlakətə aramsız yağışlar səbəb olub.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR