​Venesuelada vəziyyət nəzarətdən çıxır -

Venesuelanın paytaxtı Karakasda prezident Nikolas Maduronun tərəfdarları parlament binasına hücum edib.

Metbuat.az BBC-yə istinadən xəbər verir ki, onlar dövlət başçısının qərarlarına qarşı çıxan müxalifət nümayəndələrinə qarşı güc tətbiq edib. Qarşıdurma zamanı azı 4 nəfər xəsarətlər alıb.

Paytaxtın digər bölgəsində isə müxalifət tərəfdarları aksiya tətşkil edib. Onlar Maduronun istefasını tələb edir. Qəzəbli kütlə nəqliyyat vasitələrini yandırıb. Polis nümayişçiləri dağıtmaq üçün güc tətbiq edib.

Qeyd edəki ki, 3 ay əvvəl başlayan aksiyalar zamanı 70-dən çox nümayişçi həyatını itirib.

Sübhan / METBUAT.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR