Çox sevinmək ürəyə ziyandır -

Sən demə çox sevinmək ürəkdə qalıcı fəsadlar yaradır.

Metbuat.az BBC-yə istinadən xəbər verir ki, Şotlandiyalı alimlərin araşdırmasının nəticəsi belə deməyə əsas verir.

Məlumata görə, İngiltərədəki "Ürək vəqfi"nin dəstəyiylə aparılan araşdırmalar nəticəsində həyəcan və stressin də ürəkdə problemlərə gətirib çıxara biləcəyi təsdiqini tapıb.

Bildirilir ki, 4 ay davam edən araşdırmalarda 52 nəfər iştirak edib. Stress və həyəcan yaşayan xəstələrdə nəfəs alma, sinə nahiyyəsində ağrılar, huşunu itirmək və digər bu kimi fəsadlar aşkarlanıb.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR