İngiltərənin baş naziri müsəlmanları Ramazan bayramı münasibəti ilə təbrik edib

İngiltərənin baş naziri müsəlmanları Ramazan bayramı münasibəti ilə təbrik edib
02:18 25 İyun 2017
31 Dünya
Ölkə mətbuatı
A- A+

İngiltərənin baş naziri Tereza Mey Birləşmiş Krallıq və dünya miqyasında bütün müsəlmanların Ramazan bayramını təbrik edib.

Publika.az "Anadolu"ya istinadən xəbər verir ki, o, müsəlmanlara bütün Britaniya xalqı adından xoşbəxtlik və dinclik dolu bir bayram keçirməyi arzulayıb.

"Bütün Britaniya xalqı adından xoşbəxtlik və dinclik dolu bir bayram keçirməyinizi arzulayıram. Ramazan bayramınız mübarək olsun", - deyə baş nazir bildirib.

Tereza Mey, Ramazan bayramı münasibəti ilə yaydığı bəyanatda, britaniyalı müsəlmanların ölkəyə nəhəng və dəyərli töhfələr verdiyini vurğulayıb.

Birləşmiş Krallığın açıq, fərqli, dərin köklü və inanclı bir demokratiyaya sahib olmasına görə qürurlandığını qeyd edən baş nazir bildirib ki, "ötən ay bir çox britaniyalı müsəlmanın yerli cəmiyyətlərə yardım etməkdən tutmuş xeyriyyə işlərinə və oruclarını başqa inanclı qonşuları ilə birlikdə açmağa qədər bir çox şeyi bölüşüblər".


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/203900.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR