İsrail Suriyada yaşayış evlərini atəşə tutdu: 25 yaralı

İsrail Suriyada yaşayış evlərini atəşə tutdu: 25 yaralı
02:53 25 İyun 2017
34 Dünya
Ölkə mətbuatı
A- A+

İsrail Hərbi Hava Qüvvələri və "Nüsra cəbhəsi" terror qruplaşması Suriyanın cənub-qərbində yerləşən Əl-Quneitra əyalətinin Əl-Baas şəhərində yaşayış evlərini atəşə tutub.

Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə Livanın "Al-Manar" telekanalı məlumat yayıb.

Bu hücum nəticəsində ən azı 25 dinc sakin yaralanıb. Tibbi mənbələrin məlumatına görə, bir neçə nəfər hospitala ağır vəziyyətdə çatdırılıb.

İsrail ordusu bundan əvvəl Suriya tərəfdən Colan Yüksəkliklərinin yəhudi dövlətinin nəzarəti altında olan hissəsinə onlarla mərminin atılmasına cavab olaraq aviahücuma keçdiyini, nəticədə iki tank və mərmilərin atıldığı mövqeləri məhv etdiyi barədə bəyanat yayıb.

Suriya ordusu bu hücum nəticəsində, iki hərbçisini itirdiyini bildirib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/203907.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR