Həftə sonu istirahətinizə rəng qatacaq 10 ƏN YAXŞI RİYAZİ FİLM

Həftə sonu istirahətinizə rəng qatacaq 10 ƏN YAXŞI RİYAZİ FİLM
06:03 25 İyun 2017
Ölkə mətbuatı
A- A+

Riyaziyyata böyük həvəsiniz varsa, yaxud rəqəmlərlə aranız yaxşıdırsa, bu filmlərə baxmağınız şiddətlə tövsiyə edilir.

Publika.az riyaziyyatla bağlı çəkilmiş ən yaxşı filmləri təqdim edir.

1.Gizli rəqəmlər” – (Hidden Figures) 2016 – IMDb: 7.9

Film 3 amerikalı qadının NASA-da əldə etdiyi uğurdan və 1962-ci ildə kosmosa səyahət edərək Yer kürəsini dövr edən ilk amerikalı astronavt Con Qlennin həyatından bəhs edir.

Ssenarisi bir kitabdan götürülmüş filmin prodüseri Parel Vilyams “film bizdən öncəki nəslin təbliğatına çevrilən elm, riyaziyyat və mühəndisliyin kişilər üçün olduğu fikrini yerlə bir edir” açıqlamasını verib.

2. Eynşteyn və Edinqton (Einstein and Eddington) 2008 – IMDb: 7.4

1-ci Dünya Müharibəsi dövründə insanların yaşadığı çətinliklər və bu çətinlikləri dəf etməyin yeni elm yaradacağını düşünən teorem çürüdən iki adamın - Albert Eynşteyn və Edinqtonun yaşadığı gerçəklərdən bəhs edən bioqrafik film.

3. Sonsuzluğun teoremi (The Man Who Knew Infinity) 2015 – IMDb: 7.2

Çox kasıb bir ailənin övladı olan Srinivasa Ramanujan ömrü boyu yoxsulluq içində böyüyüb və buna görə də təhsil ala bilməyib. Buna rəğmən, riyaziyyata çox böyük maraq göstərir və araşdırmalar aparır. Araşdırmalarını İngiltərənin Kembric universitetinə göndərir və müəllim Hardi onu bu istedadından dolayı universitetə dəvət edir. Srinivasa çox sevdiyi ölkəsini və sevgilisini tərk edərək İngiltərəyə gedir və burada - yad mühitdə və 1-ci Dünya Müharibəsinin təsiri altında yaşamağa çalışır.

4. Oksford cinayətləri (The Oxford Murders) 2008 – IMDb: 6,1

İngiltərə və İspaniyanın ortaq çəkdiyi bu film bir universitetdə baş verən cinayətlərdən və bu cinayətlərin üstünü açmağa çalışan professor və tələbənin həyatından bəhs edir. Qatil öz arxasında riyazi şifrələr qoyur, professorla tələbəsi isə bu şifrələri incə və detallı şəkildə açmağa çalışır.

5. Sadə rəqəmlərin yalnızlığı (La Solitudine dei Numeri Primi) 2010 – IMDb: 6,4

Riyaziyyatın insan təbiətindəki izlərini və sadə rəqəmlərin yalnızlığı kimi yalnız qalan insanları mövzu alan bu film uşaqlıq travmalarının kölgəsində qalan Alis və Mattinin həyatını heç vaxt yoldaşını tapa bilməyən sadə rəqəmlərlə müqayisədə verir.

6. Enigma -2001 – IMDb: 6,4

Gizlilik və tapmaca mənaları daşıyan, bir yunan sözü olan “Enigma” filminin baş rolunda Keyt Uinslet oynayır. 1943-cü ildə bir riyaziyyat dühası olan Tom Jeriko almanların “Enigma” adını verdiyi şifrələrini çözmək təyinatını alır. Tomun sevgilisi alman agenti olmaqda günahlandırılır və buna görə Tom üçün zamana qarşı yarışmaq məcburiyyətində qalır. Əgər Tom zamana qarşı yarışıb şifrəni aça bilməsə, on minlərlə ingilisin həyatı təhlükə altında qalacaq.

7. Nömrə 23 (The Number 23) 2007 – IMDb: 6,4

Film həyat yoldaşı Aqata ilə adi bir həyat yaşayan Volterin “23 nömrə” adlı kitabı oxumasıyla dəyişən həyatlarından bəhs edir. Volter kitabda yazılanlarla onun həyatının oxşar olduğunu sezməyə başlayır və gün keçdikcə buna daha çox inanır.

8. Aqora (Agora) 2009 – IMDb: 7,2

Film bəşəriyyətin ən cazibədar qadınlarından biri olan Hipatiyadan bəhs edir. Riyaziyyatçı, filosof və astronom olan bu qadın antik dövrdə bütün kişi filosoflardan seçilməyi bacarır. Həm gözəlliyi, həm də zəkasıyla ön plana çıxan Hipatiya 45 yaşında kişilərin linç edilməsi ilə öldürülür.

9. Ağıl oyunları (A Beautiful Mind) 2001 – IMDb: 8,1

Məşhur riyaziyyatçı Con Neşin həyat hekayəsindən bəhs edən bu film riyaziyyata aid filmlər içində ən çox baxılan filmdir. Gənc yaşlarında oyun teoremi üzərində inkişaf etdirdiyi qavramlarla riyaziyyat professor olan Con Neşin beynində olan xəstəlik, özəlliklə, şizofreniya ilə mübarizəsini nağıl edən təsirli bir filmdir.

10. Can Dostum (Good Will Hunting) 1997 – IMDb: 8,2

Robin Vilyamsın baş rolunu oynadığı çox təsirli filmlərdən biri olan ”Can dostum” göz yaddaşı güclü olan kasıb bir gəncin universitet professoru ilə qurduğu dostluğu anladır. Universitetdə təmizlikçi kimi işləyən Vill “Nobel” mükafatlı professorların belə həll edə bilmədiyi riyazi məsələləri həll edərkən professor Makkurinin diqqətini çəkir. Robin Vilyamsa “ən yaxşı kişi aktyor” nominasiyasında “Oskar” qazandıran bu film 2 ən yaxşı xüsusi ssenari” nominasiyasında da “Oskar” mükafatı qazanıb.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/art/203904.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR