Abşeronda sex, Sumqayıtda köşk yandı

Abşeronda sex, Sumqayıtda köşk yandı
09:04 25 İyun 2017
44 Digər
Ölkə mətbuatı
A- A+

Ötən gecə Abşeron rayonunda yanğın olub. Lent.az Fövqəladə Hallar Naqzirliyinin saytına istinadən xəbər verir ki, vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan mərmər sexinin içərisində taxta arakəsmələrdən ibarət fəhlələrin soyunub-geyinmə otağı 6 m2 sahədə, 1 ədəd kondisioner və 5 p.m mətbəx mebeli yanıb. Sexin qalan hissəsi və yaxınlıqda olan tikililər yanğından mühafizə olunub. Yanğın saat 03:19-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Oxşar hadisə Sumqayıt şəhərində də baş verib. Vətəndaşa məxsus ümumi sahəsi 20 m2 olan dəmir konstruksiyalardan ibarət meyvə-tərəvəz köşkünün içərisində olan taxta rəflər, meyvə-tərəvəz məhsulları, 1 ədəd elektron tərəzi və 1 ədəd soyuducu qismən yanıb. Yaxınlıqdakı digər köşklər yanğından mühafizə olunub. Yanğın saat 04:35-də söndürülüb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277794

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR