Mosulda partlayış: 12 ölüb, 20-dən çox yaralı

Mosulda partlayış: 12 ölüb, 20-dən çox yaralı
09:13 25 İyun 2017
26 Dünya
Ölkə mətbuatı
A- A+

İraqın Mosul şəhərində terrorçu-kamikadze tərəfindən törədilən partlayış nəticəsində azı 12 nəfər ölüb, 20-dən çox insan yaralanıb.

Publika.az xəbər verir ki, terrorçu özünü köhnə məhəllələrdən birində mühasirəyə alınmış şəhəri tərk etmək istəyən kütlənin arasında partladıb. Ölənlər və yaralananlar arasında qadınların və uşaqların olduğu bildirilir. Press TV telekanalı şənbə günü İraq ordusunun mülki şəxslərin Mosulu tərk edə bilməsi üçün bir neçə təhlükəsiz dəhliz təşkil etməyə nail olduğunu xəbər verir.

Bir qədər əvvəl isə KİV-lər belə məlumat yaymışdılar ki, İraq hərbçiləri İŞİD terror qruplaşmasının 200-dən də az üzvünün müdafiə mövqeyi tutduğu şəhər mərkəzinə hücuma hazırlaşırlar. Ordu komandanlığının məlumatına əsasən, Mosulun azad edilməsi artıq sayılı günlərin işidir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/203916.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR