QORXUNC HADİSƏ: Yanacaq çəni partladı, 123 nəfər yanaraq öldü

QORXUNC HADİSƏ: Yanacaq çəni partladı, 123 nəfər yanaraq öldü
09:34 25 İyun 2017
33 Digər
Ölkə mətbuatı
A- A+

Pakistanın Pəncab əyalətində Baxavalpur şəhərində yanacaq çənində baş verən yanğın və partlayış nəticəsində ən azı 123 nəfər ölüb, 15 nəfər xəsarət alıb.

 

APA-nın məlumatına görə, bu barədə “Geo Tv” telekanalı məlumat yayıb.

 

İnsanlar yolda yanacaq çənindən yanacaq almaq üçün toplaşıblar və qəfil çəndə yanğın başlayıb. Yanıq xəsarəti alan 15 nəfərin çoxunun da durumu ağırdır.

 

Şahidlərdən biri bildirib ki, bir neçə nəfər çənin yağınlığında siqaret çəkirmiş və yanğının səbəbi bu ola bilər. Yanğın zamanı onlarla avtomobil və motosikletdə yanıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277796

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR