Rumıniya yığmasının futbolçusu Bakı klubunda - FOTO

Rumıniya yığmasının futbolçusu Bakı klubunda - FOTO
09:39 25 İyun 2017
48 Digər
Ölkə mətbuatı
A- A+

Avropa Liqasının I təsnifat mərhələsinə hazırlaşan “Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib. Apasport.az saytının məlumatına görə, rumıniyalı Qabriel Matey “qartallar”ın sıralarına qoşulub.

 

Müdafiəçi ilə “1+1” il şərti ilə müqavilə imzalanıb.

 

Qeyd edək ki, Matey ölkəsində “İnternasional”, “Panduri”, “Syaua”, “Akademika” və “Tarqu Mureş” kimi klublarda forma geyib. Son mövsüm isə müdafiəçi Polşanın “Qurnik” klubunda çıxış edib. Matey həmçinin, Rumıniyanın U-21 milli komandasının da şərəfini qoruyub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277797

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR