Sumqayıtda meyvə-tərəvəz köşkü, Abşeronda mərmər sexi yandı

Sumqayıtda meyvə-tərəvəz köşkü, Abşeronda mərmər sexi yandı
09:52 25 İyun 2017
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Sumqayıtda yanğın qeydə alınıb.

Milli.Az FHN-nin saytına istindən xəbər verir ki, Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 20 m2 olan dəmir konstruksiyalardan ibarət meyvə-tərəvəz köşkünün içərisində olan taxta rəflər, meyvə-tərəvəz məhsulları, 1 ədəd elektron tərəzi və 1 ədəd soyuducu qismən yanıb.

Yaxınlıqdakı digər köşklər yanğından mühafizə olunub.

Yanğın saat 04:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Daha bir yanğın Abşeronda qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Abşeron rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan mərmər sexinin içərisində taxta arakəsmələrdən ibarət fəhlələrin soyunub-geyinmə otağı 6 m2 sahədə, 1 ədəd kondisioner və 5 p.m mətbəx mebeli yanıb.

Sexin qalan hissəsi və yaxınlıqda olan tikililər yanğından mühafizə olunub.

Yanğın saat 03:19-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/557475.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR