Mosulda güclü partlayış baş verib, azı 12 nəfər ölüb

Mosulda güclü partlayış baş verib, azı 12 nəfər ölüb
10:02 25 İyun 2017
24 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 25 iyun. REPORT.AZ/ Mosulda törədilən partlayış nəticəsində azı 12 nəfər ölüb, 20-dən çox insan yaralanıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə İraqın hərbi həkimlərinə istinadən "Frans Press" məlumat yayıb.
Hadisə Maşahda məhəlləsində baş verib. Terrorçu-kmikadze mühasirədə olan şəhəri tərk etmək istəyən qaçqın kütləsinin arasında özünü partladıb.
"Kamikadze bir qrup insanın arasına girərək özünü partladıb ki, onlar bizim hərbçilərə gedib çata bilməsinlər", — deyə İraq ordusunun nümayəndəsi bildirib.
Hərbi həkimlərin məlumatına görə, xəsarət alanlar arasında qadınlar və uşaqlar var.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/mosulda-guclu-partlayis-bas-verib-azi-12-nefer-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR