Bu il Bakıda 10-dan artıq avtomobil yolu yenidən qurularaq istifadəyə veriləcək

Bu il Bakıda 10-dan artıq avtomobil yolu yenidən qurularaq istifadəyə veriləcək
10:08 25 İyun 2017
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli – Trend:

Bu il Bakı şəhərində 10-dan artıq avtomobil yolunun yenidən qurularaq istifadəyə verilməsi nəzərdə tutulub.

Bu barədə Trend-ə müsahibəsində "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Qurum rəsmisi bildirib ki, hazırda Bakı şəhərində 100-ə yaxın yeraltı və yerüstü piyada keçidləri var:

"Əvvəllər Bakıda cəmi 14 piyada keçidi var idi. 2015-ci ildə "Azəravtoyol" Bakıda 40-dan artıq yerüstü piyada keçidinin tikilməsi ilə bağlı aidiyyəti qurumlara təkliflər göndərdi. 2016-cı ildə Bakıda 20-dən artıq piyada keçidinin tikintisinə başlanıldı. Artıq 5 yerüstü, iki yeraltı keçid tikilib istifadəyə verilib. Bəzi keçidlərin tikintisi isə yekunlaşmaq üzrədir".


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2770081.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR