Bakıda maşın işıqforun qırmızı işığında keçərək qəza törətdi: 2 yaralı - VİDEO

Bakıda maşın işıqforun qırmızı işığında keçərək qəza törətdi: 2 yaralı - VİDEO
10:27 25 İyun 2017
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Nəsimi rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə "Audi" markalı avtomobilin Azadlıq prospekti ilə Abbasqulu Ağa Bakıxanov küçəsinin kəsişməsindəki işıqforun qırmızı işığında keçməsi nəticəsində qeydə alınıb.

Bu zaman "Audi" digər işıqforun yaşıl işığında keçən "Nissan" markalı avtomobilə, ardınca isə "Mercedes"ə çırpılıb. Sonuncu avtomobil də öz növbəsində işıqforun dirəyinə dəyib.

Qəza nəticəsində Fərid HüseynovKlim adlı xarici ölkə vətəndaşı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Hər üç avtomobil deformasiyaya uğrayıb. Azadlıq prospektində maşınların sıxlığı yaşanıb.

Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub. Qəzanın dəqiq səbəbləri araşdırılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda maşın işıqforun qırmızı işığında keçərək qəza törədib, 2 nəfər yaralanıb

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/557478.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR