Burak Özçivit Fahriye Evcenin xına gecəsində görün nə etdi - FOTOLAR - VİDEO

Burak Özçivit Fahriye Evcenin xına gecəsində görün nə etdi - FOTOLAR - VİDEO
10:28 25 İyun 2017
216 Şou
Ölkə mətbuatı
A- A+

Dünən Aktyor Burak Özçivitlə ailə qurmağa hazırlaşan aktrisa Fahriye Evcenin xına gecəsi keçirilib.

Publika.az xəbər verir ki, aktrisanın xına gecəsində Sinem Kobal, Ebru Akel, Aslı Enver və bir çox tanınmışlar iştirak edib. Fahriyenin xınasında iştirak edən qonaqlar gecədə baş verənləri sosial şəbəkədə paylaşıb.

Xına gecəsi başladıqdan bir neçə saat sonra məkana Burak Özçivit də gəlib. Yaraşıqlı aktyor xınada Kənan Doğlunun “Güzeller içinden” adlı mahnısının sədaları altında nişanlısı ilə rəqs edib.

Qeyd edək ki, 3 ildir sevgili olan Fahriye ilə Burakın toyu iyunun 29-da keçiriləcək. Aktrisanın gəlinliyini Türkiyənin tanınmış dizayneri Raşit Bağzıbağlı hazırlayacaq. F.Evcen “Sonsuz aşk” filminin qala gecəsində də R.Bağzıbağlının moda evindən geyinmişdi.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/203920.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR