Azərbaycanda balıq alverçisini qanına qəltan etdilər

Azərbaycanda balıq alverçisini qanına qəltan etdilər
10:53 25 İyun 2017
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Balakəndə Mingəçevir şəhər sakini bıçaqlanıb.

Balakən Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, iyunun 24-ü axşam saat 22:30 radələrində 1985-ci il təvəllüdlü, Mingəçevir şəhər sakini Vüsal Nizami oğlu Rəhimov döş qəfəsinin sol nahiyəsinin kəsilmiş-deşilmiş bıçaq yarası xəsarəti ilə xəstəxanaya daxil olub.

V. Rəhimovun üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. V. Əliyev Balakəndə balıq alveri ilə məşğul olub.

Balakən rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, hadisə rayon ərazisində baş verib. V. Əliyev hələ ki istintaqa məlum olmayan şəxs və yaxud şəxslər tərəfindən bıçaqlanıb. Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/203922.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR