Bundestaqa rus “hücum”u: Moskva Merkeli devirməyə cəhd edir

Bundestaqa rus “hücum”u: Moskva Merkeli devirməyə cəhd edir
11:17 25 İyun 2017
59 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Almaniyada bu ilin sentyabrında keçiriləcək Buntestaq (parlament-red.) seçkilərinə müdaxiləsi tam sürətlə davam edir. Almaniyanın Neue Zuercher Zeitung qəzetinin yazdığı xəbərə görə, Kremlin hədəfində indi bütün təbliğat metodlarının işə salındığı "rus almanlar" (SSRİ-dən və Rusiyadan köçən almanlar) durur.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, sosiloloq İqor Eydman tərəfindən qələmə alınan yazıda rusdilli almanların bu vaxta kimi adətən sağ mühafizəkar Xristian-Demokrat Birliyinə səsə verdiyi qeyd edilir. Lakin son illərdə Kremlin təbliğat maşınının sayəsində onlar öz üstünlüklərini radikal sağ partiya sayılan "Almaniya üçün Alternativ" təşkilatına verməyə başlayıblar: "Rusdilli əhalinin böyük paya sahib olduğu rayonlarda "AüA" Xristian demokratları olduqca sıxışdırıb. Hazırda bu tendensiyanı qarşıdakı Bundestaq seçkilərində də görmək mümkündür".

Eydmanın fikrincə, "Rusiyada tətbiq olunan bütün çirkli metodlar eynilə Almaniyada da işə salınıb. Sosioloq ekspert Kremlin bundan ötrü özünün ən sevimli üsullarından birinə - "qatil partiya" taktikasına əl atdığını vurğulayır: "Bu strategiyanın mahiyyəti əsas məqsəd olaraq öz uğuru üçün çalışmaq deyil, üçüncü bir partiyanın xeyrinə (AüA-nın-red.) seçkilərin favorit iştirakçılarını seçicilərin gözündən salmaqdan ibarətdir. Yəni bu partiyanın namizədləri öz seçki kampaniyasını yürütmək yerinə ilk öncə yarışda üstün görünən rəqib siyasi təşkilatın namizədlərinə qarşı hər cür, böhtan, şər və iftira kampaniyasını aparırlar. Bir qayda olaraq bu cür "qatil partiya"nın xidmətləri siyasi opponentin rüsvay edilməsində maraqlı olan güclər tərəfindən səxavətlə maliyyələşdirilir".

Qəzetin yazdığına görə, bu ilin yanvarında qarşıdan gələn bundestaq seçkərində iştirak edəcək həmin "qatil partiya"nın adı bəlli olub. "Vəhdət" adlı bu təşkilat əsasən rusdilli diaspora içərisində fəaliyyətini həyata keçirir. Onun lideri Dmitri Rempel bu zamana kimi Rusiya prezidenti Vladimir Putini qeyd-şərtsiz dəstəkləyən adam kimi tanınıb: "Rempel müxtəlif Rusiyayönümlü nümayəndə heyətlərinin tərkibində dəfələrlə Krımda olub. O, hər yanda Almaniyada yaşayan 500 min rusdilli vətəndaşın geri dönmək istədiyini car çəkir".

Eydmanın yazdığına görə, keçən il Liza adlı rusdilli qızın guya ərəb qaçqınları tərəfindən zorlanması hadisəsi ilə bağlı Rempel və tərəfdarları əməlli-başlı isterika qopardılar. Sonradan həmin qızın heç də zorlanmadığı və ərəb qaçqınlarının isə ümumiyyətlə bu işlə əlaqədar olmadığı ortaya çıxarıldı. 

Müəllifin fikrincə, hadisə Dmitri Rempel adının bütün Almaniyada duyulmasına şərait yaratdı. Kreml məqsədyönlü şəkildə "Vəhdət" partiyasını Almaniyanın rudilli diasporu içində təsir göstərmək üçün alət kimi istifadə etməyə başladı.

Eydman Rusiya polittexnoloqlarının dəstəyi ilə parityanın öz seçkiqabağı qəzetini dərc etdiyini xəbər verir: "Bu qəzet, əsl rus qara piarı ruhunda hazırlanır və işi-gücü Merkel və onun partiyasını qaralamaqdan ibarətdir. Qəzetin bir çox məqalələri antimiqrasiya isterikasının üstünə yağ tökməklə məşğuldur".

Məqalədə Kremlin "rus almanlar"la işinin təcə Vəhdət partiyası ilə məhdudlaşmadığı qeyd olunur. Eyni istiqamətdə Henri Qroutun rəhbərliyi ilə fəaliyyət göstərən "Rus almanlarının beynəlxalq konventi" adlı təşkilat və məşhur politoloq Vyaçeslav Nikonovun başçılığı altındakı Moskvanın "Rus dünyası" adlı fondu ciddi iş aparır. Bundan başqa həm mətuatda, həm də internetdə bir sıra təbliğat layihələrinə start verilib.

İqor Eydmanın fikrincə, rusdilli diaspor içirəsində təbliğat fəaliyyəti Kremlin əsas vəzifəsinin yalnız bir hissəsini təşkil edir. Məqalə müəllifinin gəldiyi qənaətə görə, Putinin əsas hədəfi polittexnologiyalaırn köməyi ilə Rusiyaya heç bir bağlılığı olmayan adi vətəndaşlara təsir göstərməkdir. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/557483.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR