Çində sürüşmə nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb

Çində sürüşmə nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb
12:12 25 İyun 2017
59 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 25 iyun. REPORT.AZ/ Cümə günü Çinin Sıçıuan əyalətində baş verən sürüşmə nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb, 109 nəfər itkin düşmüş hesab olunur.
"Report" CNN-ə istinadən xəbər verir ki, sağ qalma ehtimalı olanların axtarışları gecə boyu davam etdirilib, bu işlərə 2500 xilasedici cəlb olunub.
Bundan əvvəl 15 nəfərin öldüyü bildirilirdi.
Sürüşmə şənbə günü səhər Moasyan qəzasının Desi yaşayış məntəqəsi yaxınlığında baş verib. Həmin zaman 140 nəfər dağıntılar altında qalıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/cinde-surusme-neticesinde-olenlerin-sayi-24-nefere-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR