Rusiyanın Almaniyada bu ilin sentyabrında keçiriləcək Buntestaq (parlament-red.) seçkilərinə müdaxiləsi tam sürətlə davam edir. Almaniyanın Neue Zuercher Zeitung qəzetinin yazdığı xəbərə görə, Kremlin hədəfində indi bütün təbliğat metodlarının işə salındığı "rus almanlar" (SSRİ-dən və Rusiyadan köçən almanlar) durur.
Publika.az musavat.com-a istinadən xəbər verir ki, sosiloloq
İqor Eydman tərəfindən qələmə alınan yazıda rusdilli almanların bu
vaxta kimi adətən sağ mühafizəkar Xristian-Demokrat Birliyinə səsə
verdiyi qeyd edilir. Lakin son illərdə Kremlin təbliğat maşınının
sayəsində onlar öz üstünlüklərini radikal sağ partiya sayılan
"Almaniya üçün Alternativ" təşkilatına verməyə başlayıblar:
"Rusdilli əhalinin böyük paya sahib olduğu rayonlarda "AüA"
Xristian demokratları olduqca sıxışdırıb. Hazırda bu tendensiyanı
qarşıdakı Bundestaq seçkilərində də görmək mümkündür".
Eydmanın fikrincə, "Rusiyada tətbiq olunan bütün çirkli metodlar
eynilə Almaniyada da işə salınıb. Sosioloq ekspert Kremlin bundan
ötrü özünün ən sevimli üsullarından birinə - "qatil partiya"
taktikasına əl atdığını vurğulayır: "Bu strategiyanın mahiyyəti
əsas məqsəd olaraq öz uğuru üçün çalışmaq deyil, üçüncü bir
partiyanın xeyrinə (AüA-nın-red.) seçkilərin favorit
iştirakçılarını seçicilərin gözündən salmaqdan ibarətdir. Yəni bu
partiyanın namizədləri öz seçki kampaniyasını yürütmək yerinə ilk
öncə yarışda üstün görünən rəqib siyasi təşkilatın namizədlərinə
qarşı hər cür, böhtan, şər və iftira kampaniyasını aparırlar. Bir
qayda olaraq bu cür "qatil partiya"nın xidmətləri siyasi opponentin
rüsvay edilməsində maraqlı olan güclər tərəfindən səxavətlə
maliyyələşdirilir".
Qəzetin yazdığına görə, bu ilin yanvarında qarşıdan gələn bundestaq
seçkərində iştirak edəcək həmin "qatil partiya"nın adı bəlli olub.
"Vəhdət" adlı bu təşkilat əsasən rusdilli diaspora içərisində
fəaliyyətini həyata keçirir. Onun lideri Dmitri Rempel bu zamana
kimi Rusiya prezidenti Vladimir Putini qeyd-şərtsiz dəstəkləyən
adam kimi tanınıb: "Rempel müxtəlif Rusiyayönümlü nümayəndə
heyətlərinin tərkibində dəfələrlə Krımda olub. O, hər yanda
Almaniyada yaşayan 500 min rusdilli vətəndaşın geri dönmək
istədiyini car çəkir".
Eydmanın yazdığına görə, keçən il Liza adlı rusdilli qızın guya
ərəb qaçqınları tərəfindən zorlanması hadisəsi ilə bağlı Rempel və
tərəfdarları əməlli-başlı isterika qopardılar. Sonradan həmin qızın
heç də zorlanmadığı və ərəb qaçqınlarının isə ümumiyyətlə bu işlə
əlaqədar olmadığı ortaya çıxarıldı.
Müəllifin fikrincə, hadisə Dmitri Rempel adının bütün Almaniyada
duyulmasına şərait yaratdı. Kreml məqsədyönlü şəkildə "Vəhdət"
partiyasını Almaniyanın rudilli diasporu içində təsir göstərmək
üçün alət kimi istifadə etməyə başladı.
Eydman Rusiya polittexnoloqlarının dəstəyi ilə parityanın öz
seçkiqabağı qəzetini dərc etdiyini xəbər verir: "Bu qəzet, əsl rus
qara piarı ruhunda hazırlanır və işi-gücü Merkel və onun
partiyasını qaralamaqdan ibarətdir. Qəzetin bir çox məqalələri
antimiqrasiya isterikasının üstünə yağ tökməklə məşğuldur".
Məqalədə Kremlin "rus almanlar"la işinin təcə Vəhdət partiyası ilə
məhdudlaşmadığı qeyd olunur. Eyni istiqamətdə Henri Qroutun
rəhbərliyi ilə fəaliyyət göstərən "Rus almanlarının beynəlxalq
konventi" adlı təşkilat və məşhur politoloq Vyaçeslav Nikonovun
başçılığı altındakı Moskvanın "Rus dünyası" adlı fondu ciddi iş
aparır. Bundan başqa həm mətuatda, həm də internetdə bir sıra
təbliğat layihələrinə start verilib.
İqor Eydmanın fikrincə, rusdilli diaspor içirəsində təbliğat
fəaliyyəti Kremlin əsas vəzifəsinin yalnız bir hissəsini təşkil
edir. Məqalə müəllifinin gəldiyi qənaətə görə, Putinin əsas hədəfi
polittexnologiyalaırn köməyi ilə Rusiyaya heç bir bağlılığı olmayan
adi vətəndaşlara təsir göstərməkdir.