Dünən gecə Sumqayıt şəhərinin 11-ci mikrorayonunda güclü yanğın baş verdi.
Milli.Az pressclub.az-a istinadən xəbər verir ki, yanğın meyvə-tərəvəz satılan yerdə təxminən gecə saat 4:00 radələrində başlayıb.
Obyekt binaların yaxınlığında yerləşdiyi üçün yanğının evlərə keçəcəyindən qorxuya düşən sakinlər vedrələrlə su daşıyaraq alovu söndürməyə çalışsalar da,güclü yanğının təsirindən buna nail ola bilməyiblər.
Alov yanğınsöndürənlərin uzun cəhdlərindən sonra söndürüldü.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində