Türk klubundan Arda Turan bombası

Türk klubundan Arda Turan bombası
12:57 25 İyun 2017
82 İdman
Ölkə mətbuatı
A- A+

"Fənərbaxça" Arda Turanı transfer etmək istəyir. Fanat.Az xəbər verir ki, İstanbul klubunun prezidenti Aziz Yıldırım bu məqsədlə futbolçuya sözü keçən şəxsləri araya salıb.


Hətta "Fənərbaxça" prezidenti "Arda gəlməyi qəbul etsə, transferi üçün lazım olan qədər pul xərcləməyə hazıram" deyib. 


Aziz Yıldırımın futbolçunu razı salmağı xahiş etdiyi şəxslərdən biri Emre Belezoğludu. Onun Arda ilə çox yaxşı münasibətləri var. "Başakşəhər"in kapitanı artıq Arda zəng edərək "Fənərbaxça"ya gəlməkdən qorxma. Bu camiə sənə qucaq açacaq" deyib.


Qeyd edək ki, Emre də Arda kimi "Qalatasaray"ın yetirməsidi. O, sonradan "Fənərbaxça"ya keçib.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-turk-klubundan-arda-turan-bombas-t58894.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR