Qahirədə güclü yanğın -

Qahirənin Gizə rayonunda yerləşən zooparkda güclü yanğın baş verib.

Bu barədə “Əl Ərəbiyyə” telekanalı xəbər yayıb.

İlkin məlumata görə, zooparkda taxta materialdan tikilən xidməti köşkdən başlayan yanğın sürətlə ağaclara və digər ərazilərə yayılıb. Yanğın zamanı xəsarət alanlar barədə məlumat verilməyib. Təxliyyə əməliyyatı keçirilir.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR