"Formula-2" yarışının VIII mərhələsinin qalibi müəyyənləşib

"Formula-2" yarışının VIII mərhələsinin qalibi müəyyənləşib
15:02 25 İyun 2017
55 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 25 iyun. REPORT.AZ/ Bakıda keçirilən "Formula-2" yarışının VIII mərhələsinin qalibi müəyyənləşib.
“Report”un məlumatına görə, 21 dövrəli yarışda Fransanın “Pertamina Arden” komandasının pilotu Norman Nato 40:37.601 göstərici ilə bütün rəqiblərini qabaqlayıb.
Şarl Lekler (Monako, “Prema Racing”) ikinci, Nikolas Latifi (Kanada, DAMS) isə finiş xəttini üçüncü sırada keçib.
İyunun 24-də Bakıda "Formula-2" yarışının 29 dövrədən ibarət olan VII mərhələsi baş tutub. Yarışın qalibi “Prema Racing” komandasının pilotu Şarl Lekler olub (52:33.196).

Xəbərin orijinal ünvanı: https://report.az/komanda/formula-2-yarisinin-viii-merhelesinin-qalibi-mueyyenlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR