Heydər Əliyev Mərkəzinin parkında taekvondo üzrə master-klass təşkil edilib

Heydər Əliyev Mərkəzinin parkında taekvondo üzrə master-klass təşkil edilib
15:12 25 İyun 2017
69 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 25 iyun. REPORT.AZ/ Bu gün Heydər Əliyev Mərkəzinin parkında taekvondo üzrə master-klass təşkil edilib.
Azərbaycan Taekvondo Federasiyasından “Report”a verilən məlumata görə, 150-ə yaxın uşaq, yeniyetmə və gənc idmançının qatıldığı seminar Avropa çempionu, Dünya Kubokunun bürünc mükafatçısı, əməkdar idman ustası İlkin Şahbazov tərəfindən keçirilib.
İ.Şahbazovun nümayiş etdirdiyi müxtəlif fiziki hərəkətlər və yeni tətbiq edilən qaydalar böyük maraqla qarşılanıb. Gənclərdən ibarət yığma komandanın baş məşqçisi Məmməd Abdullayev də tədbiri müşayət edib.












Xəbərin orijinal ünvanı: https://report.az/komanda/heyder-eliyev-merkezinin-parkinda-taekvondo-uzre-master-klass-teskil-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR