Kəlbəcər sakini peraşkidən zəhərlənərək ölüb

Kəlbəcər sakini peraşkidən zəhərlənərək ölüb
16:05 25 İyun 2017
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncədə ölüm hadisəsi baş verib.

Milli.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, Kəlbəcər rayon sakini, Gəncənin gülüstan qəsəbəsində yaşayan,  1987-ci il təvəllüdlü Orucov Murad İlqar oğlu ağır vəziyyətdə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Məlumata görə M.Orucov ötən gecə işdən evə qayıdan zaman yolda yağda bişirilmiş peraşki yeyib. Gecə özünü pis hiss edən M.Orucova tibbi yardım göstərilsə də, bu gün səhhəti pisləşib və o xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/557554.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR